Son xəbərlər
[23.06.2008]Conferences
[23.06.2008]ОСНОВНЫЕ ДОСТИЖЕНИЯ НАУЧНО-ОРГАНИЗАЦИОННОЙ
ДЕЯТЕЛЬНОСТИ АКАДЕМИКА Д.А.АЛИЕВА
[17.06.2008]CƏLAL ƏLIRZA OĞLU ƏLIYEVIN
HƏYATI VƏ FƏALIYYƏTI HAQQINDA QISA MƏLUMAT
[17.06.2008]Список книг Д.А.Алиева
[14.06.2008]"QARAQILŞIQ -2"
BƏRK BUĞDA SORTU
Elanlar
23.06.2008
The International Conference and Workshop on "Bioinformatics: Current Progress and Practical Applications" devoted to the 80th anniversary of J. Aliyev... →
Elmi nəaliyyətlər
14.06.2008
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yerli Qaraqılçıq sortu ilə Norin-10 sortunun çarpazlaşdırılmasından çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır. →
11.06.2008
- The National Plant Genetic Resources Programme was created, Strategy on preservation and rational use of biodiversity was developed. Plant Genebank of Azerbaijan was created;
- Bioethical problems of researches in modern biology, agriculture and medicine were investigated and ways of their solving were established. →
Bioqarafiya
C.Ə.ƏLİYEVİN ELMİ-TƏŞKİLATÇILIQ FƏALİYYƏTİNİN ƏSAS NAİLİYYƏTLƏRİ
C.Əliyevin yaradıcı fəaliyyətinin 50 ilindən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən, buğdanın məhsuldarlığının əsası kimi fotosintetik məhsuldarlıq nəzəriyyəsinin öyrənilməsinə həsr olunmuşdur. C.Əliyev özünün məqsədyönlü və ardıcıl fəaliyyətində məhsuldarlıq prosesinin əsası kimi fotosintezin kompleks tədqiqatlarını genişləndırmışdır. Bu tədqiqatlar dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biokimyəvi, biofiziki və mlekulyar-genetik əsaslarını, həm də məhsuldarlıq proseslərinin bitki organizminin fəaliyyətinin quruluş-funksional təşkilinin bütün səviyyələrində: molekulyar səviyyədən bütöv bitki və əkin səviyyəsinə qədər öyrənilməsini əhatə edir. Bununla əlaqədar aşağıdakıları ayırmaq olar:- İdeal tipli buğdanın yüksək məhsuldarlığını (produktivnost i urojaynost) müəyyənləşdirən prinsiplər işlənib hazırlanmışdır;
- Tarlada bitkilərin karbon qazı mübadıləsi tədqiq olunmuş və genotiplərin morfofizioloji əlamətlərindən və donor-akseptor əlaqələrindən asılı olaraq, karbon qazının assimilyasiyasının variabelliyinin geniş diapazonu aydınlaşdırılmışdır;
- Kontrast genotiplərdə 14СО2 istifadə edilmklə yarpaqda və sünbüldə yarana assimilyatların metabolizmi, daşınması və paylanması öyrənilmiş və ayrı-ayrı orqanların dən dolmada rolu müəyyənləşdirilmişdir.
- Fototənəffüsün rasstocitelstvosı haqqında əvvəllər geniş yayılmış təsəvvürlərin əksinə olaraq, tarla şəraitində becərilmiş və məhsuldarlığına görə kontrast olan müxtəlif buğda genotipləri istifadə edilməklə qazmübadiləsi intensivliyinin, karbon metabolizmi və RBFK/O fermentinin fəallığının çoxillik müxtəlif istiqamətlərdə tədqiqi nəticəsində sübut edilmişdir ki, fototənəffüs təkamül nəticəsində formalaşmış həyat əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla fototənəffüsü aşağı salmaq cəhdi əsassızdır. Fotosintez və fototənəffüsün əsas fermentləri olan - fosfoenolpiruvatkarboksilaza və fosfoqlikolatfosfotazanın nukleotid və amin turşu ardıcıllıqları açıqlanmışdır.
- Bitkilərin mineral qidalanmasının fiziologiyasının öyrənilməsi əsasında makro və mikroelementlərin tətbiqi sistemi və azotun kapsuladan proqramlaşdırılmış çıxımı ilə kapsullaşdırılmış azot gübrəsinin hazırlanması texnologiyası işlənib hazırlanmışdır.
- Torpaq bitki örtüyündə uzunmüddətli 90Sr и 137Cs nuklidlərinin paylanmasının qanunauyğunluqları aydınlaşdırılmış, bitkilərin mümkün çirklənməsi ila əlaqədar proqnozlar müəyyənləşdırılmış və praktiki tövsiyyələr işlənib hazırlanmışdır.
- Xloroplastların fotokimyəvi sisteminin struktur-molekulyar təşkili öyrənilmiş və xloroplastların ilakoid membrnında piqment-zülal komplekslərinin topoqrafiyası üçün model təklif edilmişdir;
- Fotosintetik membranlarda struktur-funksional əlaqələr tədqıq edilmiş və fotosistem 2-nn suyun oksudləşdiyi katalitik mərkəzində və reaksiya mərkəzlərindəyüklərin dinamikası mexanizmləri təklif edilmişdir.
- Müxtəlif buğda genotiplərinin ontogenezində xloroplastların fotosintetik qabiliyyəti tədqiq edilmişdir.
- Xloroplastların fotosintetik membranlarında piqment-zülal komplekslərin sintezi və yığılması öyrənilmiş və onların formalaşmısının molekulyar-genetik mexanizmləri izah edilmişdir.
- Fotosintezin əsas fermentləri örrənilmiş, ali bitkilərin karboanhidrazasının struktur-funksional təşkili tədqiq edilmş, ilk dəfə olaraq nut (Cicer arietinum) yarpaqlarından onun kristalları ayrılmış və dördüncü quruluşunun molekulyar modeli təklif edilmişdir;
- Cicer arietinum xloroplast DNT-si üçün genom kitabxanası yaradılmış, vektor sistemlərin köməyilə yad genlərin ötürülməsi həyata keçirilmiş və regenerant-bitkilər alınmışdır;
- Triticeae cinsinin müxtəlif növlərinin genomlarının identifikasiyası üçün spesifik CAPS markerlər aalınmış və onların polimorfizmi öyrənilmişdir;
- Buğda hüceyrələri kulturasında indusiya edilmiş morfogenez həyata keçirilmiş və seleksiyada sələf material rolunu oynayan bitkilər rekonstruksiya edilmişdir;
- Hüceyrə ətrafı mühit tərəfindən yaradılan hüceyrəxarici siqnalların biokimyəvi ötürülmə yoları öyrənilmişdir.
- Bitkilərin ekstremal becərmə şəraitlərinə adaptasiyasında fotosintetik dəyişikliklərin mümkün rolu tədqiq edilmişdir.
- RNT-polimeraza II promotorlrının və transkripsiyanın potensial tənzimləyıci elementlərinin identifikasiyası üçün compüter proqramları işlənib hazırlanmış və verilənlər bazası yaradılmışdır. Düyü və arabidopsisin nüvə genomlarında genlərin ekspressiyası və təşkili, orqanoid DNT-sinin nüvə genomuna ötürülməsinin xüsusiyyətləri aşkar edilmişdir.
- "İdeal" buğda və "yaxşı" fotosintez haqqida təsəvvür yaradılmışdır.
- Əla keyfiyyətli dəni və 7-8 t/h məhsuldarlığı olan - Qaraqılçıq-2, Vüqar, Şir Aslan-23, Bərəkətli-95, Əlincə-84, Tərtər, Qiymətli 2-/17, Əkinçı-84, Əzəmətli-95, Nurlu-99, Qırmızı gül, Ruzi-84, Qobustan-99 və s. Kimi çoxlu sayda bərk (Triticum durum L.) və yumşaq (Triticum aestivum L.) buğda sortları yaradılmışdır. Bu sortlar Azərbaycanda buğda əkini sahələrinin böyük sahəsini təşkil edir və Türkmənistanda, Özbəkistan və Gürcüstanda da yaxşı göstəricilər vermişdir;
- Bir neçə min genotipi əhatə edən zəngin buğda genofondu yaradılmışdır;
- Müasir oborudovanie ilə təchiz edlmiş elmi laboratoriyalar yaradılmışdır;
- Nəinki Azərbaycanda, həm də MDB, ABŞ, Kanada, Yaponiya,Cənubi Koreya, Avstraliya, İzrail və Avropa ölkələrinin aparıcı elmi mərkəzlərində işləyən elmi kadrlar hazırlanmışdır;
- Bitkilərin genetik resurslarına əsaslanan Milli program yaradılmış, biomüxtəlifliyin saxlanması və rasional istifadə strategiyası işlənib hazırlanmış, Azərbaycan bitkilərinin genbankı yaradılmışdır;
- Müasir biologiyada, tibbdə və kənd təsərrüfatında tədqiqatların bioetik problemləri öyrənilmiş və onların həlli yolları aydınlaşdırılmışdır.