Son xəbərlər
[23.06.2008]Conferences
[23.06.2008]ОСНОВНЫЕ ДОСТИЖЕНИЯ НАУЧНО-ОРГАНИЗАЦИОННОЙ
ДЕЯТЕЛЬНОСТИ АКАДЕМИКА Д.А.АЛИЕВА
[17.06.2008]CƏLAL ƏLIRZA OĞLU ƏLIYEVIN
HƏYATI VƏ FƏALIYYƏTI HAQQINDA QISA MƏLUMAT
[17.06.2008]Список книг Д.А.Алиева
[14.06.2008]"QARAQILŞIQ -2"
BƏRK BUĞDA SORTU
Elanlar
23.06.2008
The International Conference and Workshop on "Bioinformatics: Current Progress and Practical Applications" devoted to the 80th anniversary of J. Aliyev... →
Elmi nəaliyyətlər
14.06.2008
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yerli Qaraqılçıq sortu ilə Norin-10 sortunun çarpazlaşdırılmasından çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır. →
11.06.2008
- The National Plant Genetic Resources Programme was created, Strategy on preservation and rational use of biodiversity was developed. Plant Genebank of Azerbaijan was created;
- Bioethical problems of researches in modern biology, agriculture and medicine were investigated and ways of their solving were established. →
Bioqarafiya
TƏRCÜMEYİ - HAL
Əliyev Cəlal Əlirza oğlu, 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1934-1944-cü illərdə Naxçıvan şəhərində orta məktəbdə oxumuşdur. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakultəsini, 1951-ci ildə isə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının "bitki fiziologiyası" ixtisası üzrə aspiranturasını qurtarmışdır və 1955-ci ildə "Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusunda namizədlik dissertasiyasını (03.00.12 -bitki fiziologiyası ixtisası üzrə) müdafiə etmişdir.Bu istiqamətdə apardiğım elmi tədqiqatların sonrakı inkişafı "Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı" mövzusunda müdafiə etdiyi (1971-ci il) doktorluq dissertasiyasında (03.00.12 - bitki fiziologiyası) öz əksini tapmışdır. 1976-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
1954-cü ildən Azərbaycan KTN Əkinçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır və hal-hazırda "Bitki fiziologiyası" şöbəsinin müdiridir. Eyni zamanda 1976-ci ildən Azərbaycan MEA Botanika İnstitutunda yaradıcı qrupun rəhbəri, sonra laboratoriya müdiri vəzifələrində işləmiş və 1990-cı ildən "Məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları" şöbəsinin müdiridir. 1981-1990-cı illərdə Azərbaycan EA Biologiya Elmləri Bölməsinin akademik katibi işləmişdir.
Uzun illərdir ki, Botanika İnstitutunda fəaliyyət göstərən Müdafiə şurasının üzvüyəm. 1981-ci ildən AMEA-nın xəbərləri (biologiya elmləri seriyası) curnalının baş redaktoruydur.
Şəxsi rəhbərliyi ilə 70 nəfərdən çox elmlər namizədi və 10 elmlər doktoru hazırlanmışdır. 500-dən artıq elmi əsərin, o cümlədən respublikamızda və xaricdə nəşr olunan 20 monoqrafiya və tövsiyyənin, 5 kitabın və 23 patentin müəllifidir.
Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna (1995) və Belarus (1996) Aqrar Elmlər Akademiyalarının xarici üzvüdür. Bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin Molekulyar Bioloqiyası üzrə beynəlxalq cəmiyyətin (1994); Amerika Bitki Bioloqları cəmiyyətinin (1994); Fotosintez Tədqiqatları üzrə beynəlxalq cəmiyyətin (1995); Yaponiya Bitki Fizioloqları cəmiyyətinin (1997); Hüceyrə Stresi üzrə beynəlxalq cəmiyyətin (1998) üzvüdür. Eyni zamanda, YUNESKO yanında "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Milli Komitəsinin (1999) və həmçinin Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar cəmiyyətinin (1999) sədri, Azərbaycan Biologiya Elminin Yeni Sahələrinin İnkişafı Fondunun (BEYSİF) (1994) prezidentidir
Elm qarşısında xidmətlərimə görə 6 medal, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni (1972, 1986); Azərbaycan Respublikasının ən yüksək mükafatı - "İstiqlal" ordeni (1998), Gürcüstan Respublikasının "Şərəf" ordeni (2003) ilə təltif olunmuşam, 1982-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 3 çağırış (1995-2000; 2000-2005 və 2005-2010) Azərbaycan Respublikası Milli Məclisinə Saatlı rayonundan deputat seçilmişdir.