Son xəbərlər
[23.06.2008]Conferences
[23.06.2008]ОСНОВНЫЕ ДОСТИЖЕНИЯ НАУЧНО-ОРГАНИЗАЦИОННОЙ
ДЕЯТЕЛЬНОСТИ АКАДЕМИКА Д.А.АЛИЕВА
[17.06.2008]CƏLAL ƏLIRZA OĞLU ƏLIYEVIN
HƏYATI VƏ FƏALIYYƏTI HAQQINDA QISA MƏLUMAT
[17.06.2008]Список книг Д.А.Алиева
[14.06.2008]"QARAQILŞIQ -2"
BƏRK BUĞDA SORTU
Elanlar
23.06.2008
The International Conference and Workshop on "Bioinformatics: Current Progress and Practical Applications" devoted to the 80th anniversary of J. Aliyev... →
Elmi nəaliyyətlər
14.06.2008
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yerli Qaraqılçıq sortu ilə Norin-10 sortunun çarpazlaşdırılmasından çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır. →
11.06.2008
- The National Plant Genetic Resources Programme was created, Strategy on preservation and rational use of biodiversity was developed. Plant Genebank of Azerbaijan was created;
- Bioethical problems of researches in modern biology, agriculture and medicine were investigated and ways of their solving were established. →
Elmi
"QARAQILŞIQ -2" BƏRK BUĞDA SORTU
Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutuQARAQILŞIQ -2 BƏRK BUĞDA SORTU
Sortun müəllifləri:
C.Ə.Əliyev,
E.H.Qazıbəyova ,
Ə.C.Musayev,
S.A. Səfərov,
V.F.İbadov,
G.Ə.Əhmədov
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yerli Qaraqılçıq sortu ilə Norin-10 sortunun çarpazlaşdırılmasından çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır.
Ümumi xüsusiyyətləri: Sort yarımpayızlıq xassəli olub, qısaboyludur ( 78 sm ), yatmaya qarşı davamlıdır, tezyetişəndir, kollanması yüksəkdir, bitkinin rəngi boruyaçıxma fazasında açıq- yaşıldır.
Növmüxtəlifliyi apulikumdur. Sünbülü silindirik, iridir, sıxlığı orta dərəcədədir.Qılçiqları uzun azacıq kobud . zəif dişli, qara rənglidir.Sünbülcük pulcuqlqrı uzunsov , oval, sıx tüklü , iri və qırmızımtıl rəngdədir.
Məhsuldarlığı yüksəkdir. Potensial məhsuldarlığı. 7,0-8,0 t\ha-dır, optimal aqrotexniki təsərrüfat şəraitində 6,0-7,0 t\ha məhsul alınmışdır. Rayonlaşmış bərk buğda sortlarından 0,5- 1,0 t/ha yüksək məhsul verməsi ilə fərqlənir. Respublikanın bərk buğda əkilən bütün zonalarında bu sort yüksək məhsuldarliğına və keyfiyyətinə görə üstünlük verilir.
Dənin keyfiyyəti: Dəni açıq sarı olub, uzunsuv oval iridir, 1000 dənin kütləsi 45,0-50,0 qramdır.Dəndə zülalın miqdarı 15,0-16,0 %, kleykovina 28-32%-dir, ümumi makaron keyfiyyəti çox yüksəkdir.(4,9bal)
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Sortun qışa və quraqlığa zəif olsa da, pas xəstəliklərinə,unlu şehə, bərk sürməyə davamlıdır, toz sürmə ilə zəif sirayətlənir.
Becərilmə bülgələri və sələfləri: Sotr Azərbaycanın suvarılan, dağətəyi düzən suvarılan, dağətəyi səhra və aşağı dağlıq bölgələrdə becərilmək üçün rayonlaşdırılıb. Suvarma raypnlarda əsasən pambıq sələflərindən, dəmyə bölgələrdə isə qara herikdən sonra əkilməsi münasibdir.
Səpin vaxtı: Optimal səpin müddəti oktyabır ayının 20-dən noyabırın 15-dəkdir. Lakin gecikmiş səpinlərdə də səpmək olar.
Səpin norması: Optimal səpin müddətində suvarma şəraitində hektara 4,0-4,5 mln., dəmyə şəraitində 3,5-4,0 mln., cücərən toxum hesbı ilə səpilməlidir.
Gübrə norması: Yüksək və keyfiyyətli dən norması almaq üçün hektara 100-200 kq azot, 80-129 kq fosfor və 50-60 kq kalium gübrəsi təsiredici maddə hesabı ilə verilməlidir.
Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutu
VÜQAR BƏRK BUĞDA SORTU
Sortun müəllifləri:
C.Ə.Əliyev,
E.H.Qazıbəyova ,
Ə.C.Musayev,
S.A. Səfərov,
V.F.İbadov,
G.Ə.Əhmədov
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda meksika mənşəli Oviaçik-65 bərk buğda sortu ilə yerli Şərq sortunun hibridləşməsindən fərdi seçmə yolu ilə alınmışdır.
Ümumi xüsusiyyətləri: Sort yarımpayızlıq xassəli olub, alçaqboyludur (85-90sm), tezyetişəndir, vegetasiya mqddəti 192-220 gündür, kollanması yüksəkdir. Bitkinin rəngi inkişaf dövründə açıq- yaşıldır.
Növmüxtəlifliyi leukurumdur. Sünbülü ağ rəngli olub, prizmatik, xirda, sıx, əyilməyəndir. Sünbülcük pulcuğunun dişləri qısa və itidir.
Məhsuldarliğı yüksəkdir. Potensial məhsuldarlığı. 6,0-7,0 t\ha-dır, dəmyə şəraitində 3,5-4,5 t\ha məhsul almaq mümkündür.Gecikmiş əkinlərdə də nisbətən yüksək məhsul verir.
Dənin keyfiyyəti: Dəni sarı rəngli olub, uzunsovdur. 1000 dənin kütləsi 50-55 qramdır, dəndə zülalın miqdarı 14,0-15,0%, kleykovina 28,0-30,0 %-dir.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas xəstəliklərinə,unlu şehə, bərk sürməyə davamlıdır. Quraqlığa davamlılığı yüksək, şaxtaya davamlığı zəifdir.
Becərilmə zonası və sələfləri:Suvarılan bölgələr üçün rayonlaşsada, nəmliklə təmliklə tə,min olunmuş zonalarda da becərilir. Cənubi Muğanda geniş əkin sahələrinə malikdir.Sələfi pambıq, digər cərgəarası becərilən bitkilərdir, dəmyədə qara herik daha səmərəlidir.
Səpin vaxtı: Optimal səpin vaxtı oktyabırın axırıncı ongünlüyü, noyabırın əvvəlidir. Lakin gecikmiş səpinlərdə də səpmək olar. Suvarma şəraitində 4,0-4,5 mln., dəmyə şəraitində 3,5-4,0 mln., cücərən toxum hesbı ilə səpilməlidir. Gecikmiş əkinlərdə bu norma 10% artırmaq lazımdır.
Mineral gübrə normaları: Yüksək və keyfiyyətli dən norması almaq üçün hektara 100-120 kq azot, 80-100 kq fosfor ,50-60 kq kalium gübrəsi təsiredici maddə hesabı ilə verilməlidir
Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutu
ŞİRASLAN BƏRK BUĞDA SORTU
Sortun müəllifləri:
C.Ə.Əliyev,
E.H.Qazıbəyova ,
R.U.Mahmudov
Ə.C.Musayev,
S.A. Səfərov,
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yerli Şərq sortu ilə Meksika mənşəli Oviaçik-65 sortunun növdaxili hibridləşməsindən qısaboyluluğuna, tezyetişənliyinə və başqa təsərrüfat əhəmiyyətli xüsusiyyətlərinə görə fərdi seçmə aparmaqla alınmışdır.
Ümumi xüsusiyyətləri: Sort qısaboylu olub ( 82-85sm ), intensiv tiplidir,yatmaya qarşı davamlıdır, yarımpayızlıqdır, tezyetişəndir, Şərq sortundan 5-8 gün tez yetişir. kollanması yaxşıdır.
Növmüxtəlifliyi leukurumdur. Sünbülcüklərin uzunluğu və sıxlığı ortadır, prizmatikdir, qilciqları uzun və ag rənglidir.
Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı. 6,0-7,0 t\ha-dır. Müsabiqəli sor sınağında orta məhsuldarlığı 5,8- 6,2 t\ha olmuşdur.Quraqlıq illərdə rayonlaşmış sortlardan 0,5-0,8 t/ha çox məhsul verir.
Dənin keyfiyyəti: Dəni iridir. 1000 ədəd dənin kütləsi 50-54 qram, dəndə zülalın miqdarı 14,0-15,5%, kleykovinanın miqdarı 28,0-30,0 %-dir.
Xəstəliklərə və xarici amillərə davamlılığı: Pas və unlu şeh xəstəliklərinə ,bərk və toz sürməyə qarşı və quraqlığa davamlıdır.
Becərilmə bölgələri və sələfləri:Suvarılan və mülayim qışı olan dəmyə zonaları üçün təklif olunub.Pambıq və digər cərgəarası becərilən bitkilərdən sonra əkilməsi daha münasibdir.
Səpin müddəti:Optimal səpin vaxtı oktyabırın ikinci yarısından noyabırın birinci yarısınadək hesab olunur.
Səpin norması : Hektara 4,0-4,5 milyon cücərmə qabiliyyətinə malik toxum səpilməlidir.
Gübrə normalası: Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq şum altına təsiredici maddm hesabı ilə hektara 80-120kq fosfor ,50-60 kq kalium, 100-120 kq azot gübrəsinin yemləmə şəraitində iki dəfəyə verilməsi məsləhətdir.
Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutu
BƏRƏKƏTLİ-95 BƏRK BUĞDA SORTU
Sortun müəllifləri:
C.Ə.Əliyev,
E.H.Qazıbəyova ,
R.U. Mahmudov
Ə.C.Musayev,
V.F.İbadov,
M. H. Seyidov
Mənşəyi: Sort yerli Qırmızı bugda sortu ilə Qaraqılçıq -2 sortunun növdaxili hibridləşməsindən yüksək məhsuldarlığına, ketfiyyətinə və ektremal amillərə davamliğına görə fərdi secmə aparmaqla Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yaradılmışdır.
Ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub, alçaqboyludur ( 95-98 sm ), yarımpayızlıqdır, vegetasiya müddəti 210-219 gündür, kollanması yüksəkdir, bitkinin boruyaçıxma dövründə rəngi açıq- yaşıldır.
Növmüxtəlifliyi hordeiformedir. Sünbülü qırmızı rəngli olub, prizmatikdir, sünbülcükləri sıx yerləşmişdir, qılcıqları uzun vəqırmızımtıl rənglidir.
Məhsuldarliğı: Sortun potensial məhsuldarlığı. 7,0-8,0 t\ha-dır, Müsabiqəli sort sınagında və təsərrüfat şəraitində optimal qida rejmində məhsuldarlığı 6,0 t/ha çox olmuşdur.
Dənin keyfiyyəti: Dəni çox iridir, 1000 dənin kütləsi 56-60qramdan az olmamışdır,.dəndə zülalın miqdarı 13,5-14,4%, kleykovina 26-28%-dir.
Xəstəliklərə və xarici amillərə davamlılığı: Pas ,unlu şeh, sürmə xəstəliklərinə,quraqlığa və şaxtaya davamlıdır.
Becərilmə bülgələri və sələfləri: Suvarılan, dağətəyi və dəmyə zonalarında becərilməsi təklif olunur.Pambı, cərgəarası becərilən bitkilətdən sonra əkilməsi daha münasibdir.
Səpin müddəti:Optimal səpin müddəti oktyabırın II yarısından noyabırın I yarısınadək hesab olunur..
Səpin norması: Hektara 4,0-4,5 mln cücərmə qbiliyyəti olan toxum səpilməlidirSəpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10% artırmaq olar.
Gübrə norması: Dən yüksək aqrofonda becərilməyə tələbkardır.Şum altında təsiredici maddə hesabı ilə hektara 80-100 kq fosfor, 50-60 kq kalium, 100-120kq azot gübrəsi ilə yemləmə şəklində iki dəfəyə verilməsi məsləhətdir.
Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutu
Əlincə-84 BƏRK BUĞDA SORTU
Sortun müəllifləri:
C.Ə.Əliyev,
E.H.Qazıbəyova ,
R.U.Mahmudov,
Ə.C.Musayev,
V.F.İbadov,
M.H.seyidov
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yerli Şərq sortu ilə Vüqar sortunun növdaxili hibridləşməsindən məhsuldarlığına, keyfiyyətinə və başqa təserrüfat əhəmiyyətli xüsusiyyətlərinə görə fərdi seçmə aparmaqla alınmışdır.
Ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub, alçaq boylu ( 90-95 sm) yatmaya qarşı davamlıdır, yarım payızlıqdır, tezyetişəndir, kollanması yaxşıdır, vegetasiya müddəti 210-215 gündür.
Növmüxtəlifliyi leukurumdur. Sünbülün uzunluğu və sıxlığı ortadır .Sünbülcük pulcuğu uzunsov -oval, zəif formalıdır. Sünbülü və qılcıqları ağ rəglidir.
Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı. 7,5-8,5 t\ha-dır. Müsabiqəli sort sınağında orta məhsuldarlığı 5.5-6.0 t/ha-dan az olmamışdır. Bu da rayonlaşmış sortlardan 0,8-1,0 t/ha çoxdur.
Dənin keyfiyyəti: Dəni çox iridir, 1000 dənin kütləsi 55-60 qramdır, dəndə zülalın miqdarı 13,0-15,0 %, kleykovina 26,0-28,0%-dir, şüşəvaridir.
Xəstəliklərə və ektremal şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəliyinə davamlıdır., bərk sürməyə isə zəif siraətlənəndir. Quraqlığa davamlıdır, şaxtaya davamlığı zəifdir.
Becərilmə bülgələri və sələfləri: Mülayim qışı olan dəmyə və suvarılan düzən zonalarda becərilməsi məsləhət görülür. Pambıq və digər cərgə arası becərilən bitkilərdən sonra əkilməsi münasibdir.
Səpin vaxtı: Optimal səpin müddəti oktyabırın ikinci yarısından noyabırın birinci yarısınadək hesab olunur..
Səpin norması: Hektara 4,0-4,5 milyon.cücərmə qabiliyyətinə malik toxum səpilməlidir.Səpin müddəti gecikdirildikdə bu norma 10%artırılmalıdır.
Gübrə norması: Şum altında hektara təsiredici maddə hesabı ilə 90-120 kq fosfor, 50-60 kq kalium, 80-120 kq azot gübrəi ilə yemləmə şəklində iki dəfə verilməlidir.
Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutu
TƏRTƏR PAYIZLIQ BƏRK BUĞDA SORTU
Sortun müəllifləri:
Ə.C.Musayev,
C.Ə.Əliyev,
V.F.İbadov,
M.H.Seyidov
A.A. hüseynzadə
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda İtaliya mənşəli " Georqio 447" sortunun " Məhsuldar " sortu ilə növdaxili hibridləşməsindən alınmışdır.
Ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub, yatmaya tam davamlıdır,Bitkisinin boyu 90-95 sm-dir. vegetasiya müddəti 180-218 gündür."Şərq "sortundan 2-3 gün gec yetişir.Bitkinin kollanması orta vəziyyətdədir. Boruya çıxma dövründə bitkinin rəngi yaşıldlr.
Növmüxtəlifliyi provinsialedir. Sünbülün uzunluğu və sıxlığı ortadır .Sünbülcük pulcuğu iti, uzunsov -oval, zəif damarlıdır, çiyini isə ensiz və çıxıntılıdır. Qılcıqlar uzun, qara rəngli, kobud və zəif dağılandır.
Məhsuldarlığı: Sortun potensial məhsuldarlığı.hektardan 6,5-7,0 tondur. Tərtər bölgə təcrübə stsnsiyasında müsabiqəli sprt sınağında sotrun orta məhuldarlığı 6,4 t/ha olmuşdur.
Dənin keyfiyyəti: Dəni çox iridir. 1000 dənin kütləsi 53-58 qramdır Makaron keyfiyyəti qənaətbəxşdir, kleykovinanın keyfiyyəti ikinci qrupdur.
Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəlikləri ilə zəif, gövdə pas ilə orta dərəcədə sirayətlənir. Sürmə xəstəliklərinə qarşı davamlıdır.Qışa davamlığı zəifdir.
Becərilmə bülgələri və sələfləri: Şirvan-Qarabağ düzənliyinin suvarılan bölgələrində becərilməsi təklif olunurə Pambıq və digər cərgə arası becərilən bitkilərdən sonra əkilməsi daha münasibdir.
Səpin müddəti: Optimal səpin müddəti oktyabırın ikinci yarısından noyabırın birinci yarısınadək hesab olunur, gecikmiş əkinlərdə pambıq sələflərindən sonra da səpmək olar.
Səpin norması: Hektara 4,0-4,5 milyon.cücərmə qabiliyyətinə malik toxum səpilməlidir.Səpin müddəti gecikdirildikdə bu norma 10% artırılmaq olar.
Gübrə norması:Sortun yüksək məhsuldar olmasını nəzərə alaraq şum altına təsiredici maddə hesabı ilə 90-100 kq fosfor, 50-60 kq kalium, 80-120 kq azot gübrəi ilə yemləmə kimi verilməsi məsləhətdir.