Son xəbərlər
[23.06.2008]Conferences
[23.06.2008]ОСНОВНЫЕ ДОСТИЖЕНИЯ НАУЧНО-ОРГАНИЗАЦИОННОЙ
ДЕЯТЕЛЬНОСТИ АКАДЕМИКА Д.А.АЛИЕВА
[17.06.2008]CƏLAL ƏLIRZA OĞLU ƏLIYEVIN
HƏYATI VƏ FƏALIYYƏTI HAQQINDA QISA MƏLUMAT
[17.06.2008]Список книг Д.А.Алиева
[14.06.2008]"QARAQILŞIQ -2"
BƏRK BUĞDA SORTU
Elanlar
23.06.2008
The International Conference and Workshop on "Bioinformatics: Current Progress and Practical Applications" devoted to the 80th anniversary of J. Aliyev... →
Elmi nəaliyyətlər
14.06.2008
Mənşəyi: Sort Azərbaycan Elmi-Tədqiqt Əkinçilik İnstitutunda yerli Qaraqılçıq sortu ilə Norin-10 sortunun çarpazlaşdırılmasından çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır. →
11.06.2008
- The National Plant Genetic Resources Programme was created, Strategy on preservation and rational use of biodiversity was developed. Plant Genebank of Azerbaijan was created;
- Bioethical problems of researches in modern biology, agriculture and medicine were investigated and ways of their solving were established. →
Bioqarafiya
CƏLAL ƏLIRZA OĞLU ƏLIYEVIN HƏYATI VƏ FƏALIYYƏTI HAQQINDA QISA MƏLUMAT
Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq fakültəsini və 1951-ci ildə isə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir.Hələ üçüncü kurs tələbəsi olarkən C.Əliyev (1948-ci ildən) bitki fiziologiyası kafedrasında laborant laborant vəzifəsində işləməyə başlayır və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyəti üçün əsas seçir.Azərbaycan Elmlər Akademiyasının bitki fiziologiyası ixtisası üzrə (1954-cü il) aspiranturasını bitirir və "Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir (1955). Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı "Bitkilərin fotosintetik fəaliyyət, mineral qidalanma və məhsuldarlığı " mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tamışdır (1971). C.Əliyev 1951-ci ildən indiyə kimi Azərbaycan ET Əkinçilik institutunun bitkilərin fiziologiyası şöbəsində və 1971-ci ildən paralel olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda, özünün yatratdığı, məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsində tədqiqat aparır.1976-cı ildə o, Azərbaycan Elmlər Akademiyasıın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının biolohiya elmləri bölməsində akademik-katib işləmişdir.
70-ci uillərdən başlayaraq, C.Əliyev tərəfindən müxtəlif ixtisaslar: biologiya, kimya, fizika, riyaziyyat, agrokimya üzrə ali məktəblərin məzunlarından elmi kollektivin hazırlanmasına başlanmışdır. Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində bizim respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktik məsələlərin həllində riyazi metodlardan və kompüter texnologiyasından istifadə etmək mümkün olmuşdur. Bununla əlaqədar Mockva, Sankt-Peterburq, Novosibirsk, Kiyev və s.şəhərlərin aparıcı elmi-tədqiqat institutları və böyük alimləri ilə elmi əlaqələrin yaranması və genişlənməsini xüsusi olaraq qeyd etmək lazımdır. C.Əliyev Azərbaycanda fiziki-kimyəvi biologiya, xüsusən də biokimya və biofizika sahələrində tədqiqatları genişləndirərək, respublikada yeni tədqiqat istiqamətlərinin – molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinfrmatiknın inkişafının əsasını qoymuşdur.
C.Əliyevin diqqəti, nəinki, fundamental tədqiqatların geniş spektrinə, həm də tətbiqi elmə də yönəlmişdi. Fotosintez prosesinin müxtəlif istiqamətlərdə tədqiqatlarının inteqrasiyası hesabına "yaxşı" fotosintez haqqında təsəvvürü yaradilmışdı, hansı ki, bu yüksək və keyfiyyətli məhsulu müəyyənləşdirirdi və bununla da bir sıra bək və yumşaq buğda sortlarının yaradılmasında fundamental tədqiqatların nəticələrinin reallaşması başlanır.
C.Əliyevin şəxsi təşəbbüsüı sayəsində 250-dən çox elmlər namizədi və doktoru hazırlanmış və müdafiə etmişdir, hansı ki, onlar birlikdə məhsuldar işləyən kollektiv təşkil edir. Onların arasında 80-nəfərdən çoxunu C.Əliyev özü hazırlamışdır. O, elmi məktəb yaratmışdır, və onun çoxlu sayda tələbələri bizim ölkənin institutlarında və ölkədən kənarlarda işləyir. 1993-cü ildə C.Əliyev və onun əməkdaşları bioməhsuldarlıq proseslərinin molekulyar əsaslarının tədqiqində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 grantını almışlar. C.Əliyevin və onun rəhbərlik etdiyi kollektivin işləri xarıcdə böyük marağ doğurmuşdur. Bu kollektiv beynəlxalq konqresslərdə, konferensiya və simpoziumlarda çıxış etməklə elmi cəmiyyətlərin fəaliyyətində aktiv iştirak edir. Bu illərin uğurları həm də coxsaylı nüfuzlu beynəlxaq dövrü nəşrlərdə öz əksini tapmışdır. C.Əliyev respublikada və beynəlxalq mətbuatda çap olunmuş 500-dən çox elmi məqalənin, o cümlədən 20 monoqrafiya və kitabın müəllifidır. C.Əliyev bir sıra elmi və müdafiə şuralarının üzvü kimi, fiziki-kimyəvi bologiya sahəsində tədqiqatların genişlənməsinə şərait yaratmışdır.
C.Əliyevin elmi fəaliyyətində nəşr və redaksiya işi böyük bir yer tutur. O, "AMEA-nın xəbərlər" (biologiya elmləri seriyası) jurnalının baş redaktoru, "AMEA-nln məruzələri" jurnalinin redaksiya heyətinin üzvı, bir sıra kitab və topluların redaktorudur.
C.Əliyev Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının (1995), Ukrayna Aqrar Elmləri Akademiyasının, Belarus Respublikası Aqrar Elmləri Akademiyasının (1996) xarıcı üzvi; Bitkilərin molekulyar biologiyası Beynəlxalq cəmiyyətin üzvi (1994); Fotosintez Tədqiqatları üzrə Beynəlxalq cəmiyyətin üzvi (1995), Yaponiya Bitki Fizioloqları cəmiyyətinin üzvi (1997), Hüceyrə stresi üzrə Beynəlxalq cəmiyyətinin (1998) üzvidür. C.Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvi, Bitki Genetik Ehtiyatları üzrə rəhbər Komitənin nümayəndəsi, Genetik Ehtiyatlar üzrə Milli Programın rəhbəri (1996); YUNESKO yanında bioetika, elm və texnologiyanın etikası üzrə Milli Komitetin nümayəndəsidir (1999); yeni bitki sortlarının qorunması üzrə Beynəlxalq Cəmiyyətin səlahiyyətli nümayəndəsi (2004); Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyətinin sədri (1999); "Biologiya Elminin Yeni sahələrinin İnkişafı Fondunun (BEYSİF) prezidentidir (1994)
C.Əliyev - əməkdar elm xadimidir (1982), "1941-1945-ci illər Böyük Vətən Müharıbəsində fədəkar əməyə görə"medalına layiq görülmüş (1946), iki dəfə Qırmızı Əmək Bayrağı ordeninə (1978 və 1986 – cı illərdə) və digər medallara təltif olunmuşdur. 1998-ci ildə C.Əliyev elmin inkişafında böyük xidmətlərə görə Azərbaycan respublikasının ali mükafatı İstiqlal ordeni və 2003-cü ildə isə Gürcüstan Respublikasının Şərəf ordeni ilə təltif olunmuşdur. Üç çağırış (1995;2000;2005) Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.
C.Əliyevə məxsus ciddi prinsipiallıq, elmi gələcəyi görmə qabiliyyəti, naməlum olanı dərk etməyə çalışmaq cəhdi, cavan elmi kadrların yetişdirilməsinə diqqət onun şəxsı cazibədarlığı və qayğıkeşliyi ilə harmoniya təşkil edir ki, bunu da əməkdaşları, tələbələri və iş yoldaşları daima hiss edir. Hal-hazırda C.Əliyev biologiya elminin yeni istiqamətləri sahəsində elmi-tədqiqar işlərini müvəffəqiyyətlə davam etdirir.